Dövlət Dumasının üzvü: "NATO-nun yeni hava strategiyasi Moskvanı təhdid edir"

2018/06/5484751454584_1530177181.jpg
Oxunub: 2977     17:15     28 İyun 2018    
NATO-nun yeni birgə hava strategiyası aktiv xüsusi qüvvələrin formalaşdırılması və yerləşdirilməsini nəzərdə tutması ilə Rusiyanı təhdid edir.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının Müdafiə və Təhlükəsizlik komitəsinin sədr müavini Aleksey Kondratyev səsləndirib.

“Biz bu strategiyanı NATO-nun hərbi kosmos komponentinin formalaşdırılması və yerləşdirilməsi üçün təlimat kimi qəbul edirik. Şübhəsiz ki, bu Rusiyaya təhdiddir”, - deyə Kondratyev qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın qarşısında duran vəzifə Aerokosmik Qüvvələrin keyfiyyətli yerləşdirilməsini təmin etməkdir. Yalnız bundan sonra NATO Moskvaya və onun müttəfiqlərinə qarşı təhdidini artırmayacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   Hava-strategiyası  


Bizi "telegram"da izləyin