İraqda terror hücumu: 1 ölü, 4 yaralı

2018/06/9201723131526162238717_1530035124.jpg
Oxunub: 2545     01:47     27 İyun 2018    
İraqın Tuz Kurmatu vilayətində əsgərlərə hücum zamanı kustar üsullarla hazırlanmış partlayıcı qurğu partladılıb

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi Həsən Əhməd bildirib.

Məlumata görə, hücum nəticəsində azı 1 əsgər həlak olub, 4 əsgər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməsə də, hökumət hadisənin arxasında İŞİD-in dayandığını ehtimal edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin