Hindistan “Spike”larla bağlı müqavilə imzalamağa hazırlaşır

2018/06/123_1530033718.jpg
Oxunub: 2566     01:02     27 İyun 2018    
Hindistan növbəti həftə İsraildən “Spike” raketlərinin alınmasına dair 500 milyon dollar dəyərində müqaviləni imzalaya bilər.

Ordu.az “Haaretz”ə istinadən xəbər verir ki, bu barədə Hindistanın bəzi KİV-ləri məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Nazirliyinin nümayəndəsi Udi Adam gələn həftə Hindistana getməyə hazırlaşır. Həmin müddət ərzində Hindistan hökuməti müqaviləni təsdiqləsə, imzalanma mərasimi baş tuta bilər.

Qeyd edək ki, “Spike” atdım-unutdum tank əleyhinə daşınabilən raketdir. O İsrailin “Rafael Advanced Defense Systems” kompaniyası tərəfindən istehsal edilir. Hindistan 4500 ədəd “Spike” raketinin almağı planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Spike   HHM  


Bizi "telegram"da izləyin