Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Livan Daxili İşlər Nazirliyindən verilib.
Açıqlamada qeyd olunub ki, şübhəli şəxs Suriya müharibəsi zamanı Livana gəlmiş əslən suriyalı Əl-Salmanidir.
O ötən gün Livanın Suriya ilə sərhədində kəşfiyyat orqanı tərəfindən nəzarət altına alınıb.
Qeyd edək ki, Salmaninin İŞİD qruplaşması ilə əlaqəli olduğu ehtimal olunur.
Dəyanət Ağalarlı
Ordu.az