SQQ cənub-qərbdə irəliləməyə davam edir

2018/06/548414584_1530011245.jpg
Oxunub: 2145     19:07     26 İyun 2018    
Suriya Quru Qoşunları ölkənin cənub-qərbində terrorçuların nəzarətində olan ərazilərə doğru irəliləməyə davam edir.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Suriyada İnsan Hüquqları üzrə Müşahidə Qrupu məlumat yayıb.

Məlumata görə, İordaniya sərhədi və Colan təpələrinə yaxın ərazilərində terrorçularla SQQ arasında meydana gələn qarşıdurmalarda terrorçular ciddi itkilər verib. Onların geri çəkilməsi ilə SQQ azad etdiyi ərazilərin miqyasını genişləndirə bilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İordaniya   Terror  


Bizi "telegram"da izləyin