Suriya Quru Qoşunları Dera vilayətində davam edən əməliyyatlar nəticəsində daha bir neçə məntəqəni terrorçulardan azad edib.
Ordu.az SANA-ya istinadən xəbər verir ki, bu barədə Derada olan orduya yaxın mənbələr bildirib.
Mənbələrin məlumatına görə, azad edilən ərazilər Busr əl-Harir və Məlihə əl-Ataş şəhərləridir. Hücumlar nəticəsində çox saydı terrorçu məhv edilib. Artıq ordunun mühəndis və bölükləri iki şəhərdə minatəmizləmə işlərinə başlayıblar.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Suriya
Dera
Terror