Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Şimali Koreya həmin müharibədə həlak olmuş təxminən 500 Türkiyə əsgərinin cəsədini geri qaytara bilər.
Türkiyənin Seuldakı səfiri Ersin Erçin ötən həftə Şimali Koreyaya səfər edərək cəsədlərin qaytarılması ilə bağlı danışıqlar aparıb. Onun sözlərinə görə, Türkiyə ilk olaraq 2001-ci ildə Koreya müharibəsində şəhid olmuş şəxslərin kimliklərinin müəyyənləşdirilməsi prosesini başladıb. Həmin vaxt KXDR və Türkiyə arasında ilk diplomatik əlaqələr qurulub.
Erçin bildirib ki, Şimali Koreyanın nüvə silahları proqramından dolayı qırılan münasibətlər Tramp-Kim sammitindən sonra yenidən qurulub. Onun sözlərinə görə, hələ ki bu barədə tərəflər arasında danışıqlar davam edir.
Ağalar Ağalarlı
Ordu.az