Uzlaşdırma Mərkəzi: “Terrorçular Suriyanın cənubunda hücumlara davam edir”

2018/06/345345_1529931923.jpg
Oxunub: 3764     00:20     26 İyun 2018    
“Terrorçular Suriyanın cənubundakı münaqişəsiz zonada hökumət qoşunlarını dəstəkləyən məntəqələrə qarşı hücumlar həyata keçirir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Münaqişə edən Tərəfləri Uzlaşdırma Mərkəzi məlumat yayıb.

“Son 24 saat ərzində cənubdakı münaqişəsiz zonada “ən-Nusra” silahlıları hökumət tərəfinə könüllü keçən yaşayış məntəqələrinə hücumlar ediblər. Hökumət qüvvələri bu hücumları dəf etməyə nail olub”, - deyə məlumatda qeyd olunub.

Meydana gələn qarşıdurmalar nəticəsində azı 70 terrorçunun zərərsizləşdirildiyi, onlara məxsus üç zirehli vasitənin məhv edildiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Terror  


Bizi "telegram"da izləyin