Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Ağ Evdən olan adı çəkilməyən mənbə səsləndirib.
Mənbənin sözlərinə görə, Donald Tramp və Ceyms Mettis artıq demək olar ki, üz-üzə görüşmürlər.
““Prezidentin Mettislə münasibətlərində soyuqluq müşahidə olunur. Zənnimcə buna səbəb Trampın öz siyasi xəttinin Mettis tərəfindən tam dəstəklənmədiyini düşünməsidir”, - deyə mənbə bildirir.
O qeyd edib ki, Tramp bir müddətdir ki, milli təhlükəsizlik və müdafiə məsələlərində qərarlar əldə edərkən öz instinktləri və ya Pompeo ilə Boltonun məsləhətlərinə daha çox arxalanır.
Ağalar Ağalarlı
Ordu.az