“Atlas” və “Thales” Almaniya korvetlərinə döyüş sistemləri təmin edəcək

2018/06/5435_1529931505.jpg
Oxunub: 3228     23:56     25 İyun 2018    
“Altas Electronic” və “Thales” Almaniya donanması ilə döyüş sistemlərinin çatdırılmasına dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, müqavilə əsasında kompaniyalar Almaniya donanmasının 5 ədəd K130 sinifli korvetlərinə döyüş sistemləri çatdıracaq.

Müqavilə həm də Uilhelmşavendə sınaq və təlim mərkəzinin qurulmasını da əhatə edir. Bütün bu işlərin tamamlanması isə 2025-ci ilə planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Atlas   Thales   Almaniya  


Bizi "telegram"da izləyin