Rusiya XİN: "Boltonun səfəri zamanı Suriya müzakirə edilə bilər"

2018/06/51484514584_1529924005.jpg
Oxunub: 4269     18:49     25 İyun 2018    
“ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Moskvaya səfəri zamanı tərəflər arasında Suriyanın cənubundakı vəziyyət müzakirə edilə bilər”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Mixayıl Boqdanov bəyan edib.

Birləşmiş Ştatlarla Suriyanın cənubundakı münaqişəsiz zonada üzərində müzakirənin mümkünlüyü ilə bağlı verilən suala Boqdanov belə cavab verib: “Amerikalılarla ikitərəfli konsultasiyalar baş tuta bilər”.

Xatırladaq ki, ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Qarret Maruis Boltonun London və Romadan sonra Moskvaya gedəcəyini açıqlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Suriya  


Bizi "telegram"da izləyin