Rusiya ordusu SQQ-nin əməliyyatına dəstək verir

2018/06/4584101514_1529921772.jpg
Oxunub: 2054     18:15     25 İyun 2018    
Rusiya Aerokosmik Qüvvələri SQQ-nin Suriyanın cənub-qərbində həyata keçirdiyi hərbi əməliyyata havadan dəstək verir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları üzrə Müşahidə Qrupu məlumat yayıb.

Məlumata görə, bu, Birləşmiş Ştatlar və İordaniya ilə bir il əvvəl bölgəni münaqişəsiz zona kimi qəbul edən razılaşmanı imzaladıqdan sonra Rusiyanın ərazidə həyata keçirdiyi ilk fəaliyyətdir.

Rusiya Aerokosmik Qüvvələri Suriyanın Dera vilayətində terrorçulara qarşı 20 hücum həyata keçirib. Əməliyyatlar zamanı periodik olaraq Suriya xüsusi təyinatlı qüvvələrinə havadan dəstək təmin edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Terror  


Bizi "telegram"da izləyin