Türkiyədə bir həftədə 24 terrorçu zərərsizləşdirilib

2018/06/548410458484_1529921212.jpg
Oxunub: 2663     18:06     25 İyun 2018    
Türkiyədə son bir həftə ərzində həyata keçirilən əməliyyatlar nəticəsində 24 terrorçu zərərsizləşdirilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 18-25 iyun tarixlərində Jandarma Xüsusi Əməliyyat, Polis Xüsusi Əməliyyat, Jandarma Komando Birlikləri ilə daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin hava və quru komandanlıqları 1542 əməliyyat həyata keçirib.

Bu əməliyyatlar nəticəsində ümumilikdə 24 terrorçu məhv edilib, terror təşkilatlarına yardım etməsindən şübhələnilən 664 nəfər isə ələ keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Terror  


Bizi "telegram"da izləyin