İdlibdə terrorçular ordu nəzarətindəki bir çox şəhərə hücum ediblər

2018/06/345345_1529913394.jpg
Oxunub: 3483     15:54     25 İyun 2018    
Terrorçu qüvvələr ötən gün İdlib vilayətində yerləşən bir çox şəhərə daxil olmağa cəhd ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumları “Hayat Təhrir Əl-Şam” terror qruplaşması öz üzərinə götürüb.

Hücumdan dərhal sonra Suriya ordusunun bölgədə yerləşdirilmiş qüvvələri qarşı tərəfə cavab verib.

Hadisə ilə bağlı rəsmi açıqlama verən Suriya Müdafiə Nazirliyi bildirib ki, ordu qarşıdurmalar zamanı çox sayda terrorçunu zərərsizləşdirilib.

Qeyd edək ki, buna qədər tərəflər arasında atəşkəs razılığı hökm sürürdü.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Terror   Hayat-Təhrir-Əl-Şam  


Bizi "telegram"da izləyin