SQQ Həmada terror hücumunun qarşısını alıb

2018/06/456456_1529904765.jpg
Oxunub: 4127     13:24     25 İyun 2018    
Son günlərdə “Ən-Nüsra” terror qruplaşmasının Suriya qüvvələrinə hücumları daha da intensivləşib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ordu qüvvələri ötən gün daha bir hücum həyata keçirilib.

Hadisə ilə bağlı Suriya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, terrorçular hücumu ordunun Həmadakı bazasına etməyi planlaşdırıb. Ordu qüvvələrinə məxsus 4-cü diviziya tərəfindən hücum cəhdinin qarşısı alınıb.

Hücum nəticəsində Suriya ordusu itki verməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   Ən-Nüsra   Terror  


Bizi "telegram"da izləyin