“Əl-Nüsra”nın SQQ-yə hücumu nəticəsində 4 hərbçi həlak olub

2018/06/35949094_2573519762874176_4042682072379162624_n_1529778536.jpg
Oxunub: 1457     02:40     24 İyun 2018    
Deradakı Suriya qüvvələri bu gün şiddətli terror hücumuna məruz qalıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Rusiya Müdafiə Nazirliyindən verilib.

Açıqlamada bildirilib ki, Derada yerləşən Suriya Quru Qoşunlarının 9-cu tank batalyonu “Əl-Nüsra” terror qruplaşmasının hücumuna məruz qalıb. Hücumda 1000-ə qədər silahlı terrorçunun iştirak etdiyi bildirilir.

Qeyd edək ki, hücum nəticəsində ordunun 4 hərbçisi həlak olub, daha 19-u yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Əl-Nüsra   Terror  


Bizi "telegram"da izləyin