Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun Qarabağdakı fərdi evində də əsgər payı olan çox sayda ərzaq aşkar edilib.
Belə ki, bu gün istintaq orqanlarının birgə fəaliyyəti nəticəsində Qarabağda Daşkəsən yaşayış məntəqəsindəki "N" nömrəli hərbi hissəyə yaxın olan “Ara ler” adlanan ərazidə yerləşən, Manvel Qriqoryana aid evdə axtarış həyata keçirilib.
Çox sayda əsgər payı olan ət konservləri, siqaret, hərbi geyimlər, gigiyena ləvazimatları, sarğı materialları, yanacaq, böyük sayda patron aşkar edilib. İyunun 19-da eyni ittihamla Manvel Qriqoryanın yaxın qohumlarından biri də saxlanılıb.
Yaxın vaxtlarda Ermənistan təhlükəsizlik xidməti tərəfindən axtarışların nəticəsini əks etdirən video materialların yayımlanacağı qeyd olunur.
Alpər Mövludoğlu
Ordu.az