Ukrayna və ABŞ yeni döyüş modulu yaradacaq

2018/06/498479874984_1529488363.jpg
Oxunub: 2359     17:46     20 İyun 2018    
Ukrayna Birləşmiş Ştatlarla birlikdə NATO standartlarına uyğun yeni döyüş modulu yaratmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Ukroboronprom” dövlət şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, şirkətin bir qolu olan “Spatstehnoexport” kompaniyası ABŞ-ın silah istehsalçı şirkətlərindən biri ilə əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən tərəflər birlikdə yeni döyüş modulu istehsal edəcəklər.

Modulun istehsalı üçün Amerika kompaniyası pulemyot təchizatı həyata keçirəcək. Kompaniya həm də “Spatstehnoexport”la birlikdə qeyri-standart silahların birgə istehsalına da marağını bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   döyüş-modulu  


Bizi "telegram"da izləyin