Ekspert: ABŞ-ın Koreyadan çəkilməsindən ən çox itirən Çin olar

2018/06/1564684011_1529487240.jpg
Oxunub: 3852     17:33     20 İyun 2018    
“Pekinin Amerikanın regiondakı hegemonluğundan narahat olması üçün əsaslı səbəbləri olsa da, o başa düşməlidir ki, ABŞ-ın buradan çəkilməsi istənməyəcək nəticələrə gətirib çıxaracaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Azad Amsterdam Universitetinin professoru Maykl Henq ifadə edib.

Henqin fikirlərinə görə, ABŞ-ın regiondan çəkilməsi ilə Çin bölgədə nüvə silahlı qonşularla üz-üzə qala bilər. Bunlar Yaponiya və birləşmiş Koreyadır.

Henq bildirir ki, Tramp-Kim sammiti Koreya yarımadasında qarşıdurma riskini xeyli azaldıb və bu, sülh naminə yaxşı xəbərdir. Lakin eyni zamanda bu sammitin ən çox qazananı Kim Çen In olub. O, bu sammitlə dünya arenasındakı mövqeyini və nüfuzunu xeyli gücləndirmiş oldu.

Henq sammitin ən böyük məğlub tərəfləri kimi isə Cənubi Koreya və Çini görür. Onun sözlərinə görə, xüsusilə Çin bu sammitlə Şimali Koreya üzərində uzun illərdir əlində saxladığı güclü təsirini tədricən itirməyə başlaya bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Cənubi-Koreya   KXDR  


Bizi "telegram"da izləyin