Ukrayna ordusu Donbasda 2 kilometr irəliləyib

2018/06/87984561456_1529486536.jpg
Oxunub: 3249     17:15     20 İyun 2018    
Ukrayna ordusu Donbas bölgəsində Zholobok kəndi yaxınlığındakı quru zolağına nəzarəti bərpa edərək öz mövqelərini iki kilometr önə çəkib.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Birləşdirilmiş Qüvvələr Əməliyyatının Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, vuruşan tərəflər arasındakı məsafə bir qədər də yaxınlaşıb, lakin ordu təhlükəsizlik zolağı yaratmağa nail olub.

Bununla əlaqədar əməliyyatın iki həftə ərzində aparıldığı və Ukrayna tərəfindən heç bir itki verilmədiyi bildirilir. Əməliyyat olduqca məxfi şəkildə həyata keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin