İrlandiyalı hərbçilər Suriyaya geri dönəcəklər

2018/06/345_1529481508.jpg
Oxunub: 3696     16:17     20 İyun 2018    
İrlandiya ordusu BMT-yə məxsus bazada sülhməramlıların işinə kömək etmək məqsədilə Suriyada fəaliyyət göstərəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İrlandiya Quru Qoşunlarına məxsus 57-ci piyada alayı Əl-Qaidə terrorçularının təhdid altında saxladığı İsraillə sərhəddə yerləşən Ziuani kampında yerləşdiriləcək.

Alay burada Birləşmiş Millətlərin tərkibində fəaliyyət göstərən sülhməramlılarla ortaq fəaliyyət göstərəcək.

Qeyd edək ki, İrlandiya 2014-cü ildə də Suriyaya 81 hərbçidən ibarət sülhməramlı birlik göndərmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrlandiya   Suriya  


Bizi "telegram"da izləyin