Donbasda son 24 saat: Bir neçə ukraynalı hərbçi yaralanıb

2018/06/345_1529478467.jpg
Oxunub: 4005     15:06     20 İyun 2018    
Ötən gün Donbasda seperatçı qüvvələrin hücumu nəticəsində bir neçə Ukrayna hərbçisi yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurmalar əsasən Donbasın Staroxnativka, Çermalik, Talakivka və Vodyane bölgələrində daha intensiv hal alıb.

Ukrayna Müdafiə Nazirliyindən məsələ ilə bağlı verilən rəsmi açıqlamada qeyd olunub ki, seperatçı qüvvələr ötən gün ərzində 26 dəfə atəşkəs rejimini pozub.

Rəsmi rəqəmlər açıqlanmasa da, qarşıdurmalar zamanı bir neçə ukraynalı hərbçinin yaralandığı bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin