KXDR-in yüzlərlə ABŞ hərbçisinin nəşini geri qaytarması gözlənilir

2018/06/342_1529475843.jpg
Oxunub: 2422     14:22     20 İyun 2018    
Şimali Koreya və ABŞ arasında Koreya müharibəsi zamanı həlak olmuş ABŞ hərbçilərinin cəsədlərinin geri qaytarılması üzərində müzakirələr davam etdirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə bağlı razılıq ötən həftə baş tutan Tramp-Kim görüşündə əldə edilib.

Razılıqla bağlı Pentaqondan verilən açıqlamada qeyd olunub ki, müharibə zamanı həlak olmuş hərbçilərin nəşinin qaytarılması üçün hazırlıqlar davam etdirilir.

“İlkin mərhələdə dəfn yerləri dəqiq bilinən 200-dən çox cəsədin geri qaytarılması ilə bağlı razılıq əldə edilib”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, müharibə zamanı ümumilikdə 35000 ABŞ əsgəri həlak olub ki, bunlardan da təxminən 5300-ə qədəri hazırda KXDR-ə məxsus torpaqlarda dəfn edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ-hərbçiləri  


Bizi "telegram"da izləyin