Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə ABŞ senatının təzyiqlərinə baxmayaraq Rusiya ilə hərbi əlaqələrinə yenidən göz gəzdirməyəcək.
"Biz Rusiyadan "S-400"ləri alırıq. Bu məsələ artıq bağlanıb", - deyə Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, ötən gün ABŞ Senatında 2019-cu maliyyə ili üçün dövlət büdcəsinin müzakirəsi zamanı müdafiə məsələləri üzrə qanun layihəsinin qəbul edilməsi təklif edilib.
Yeni qanun layihəsi Türkiyə ilə münasibətləri də özlüyündə ehtiva edir. Belə ki, qəbul ediləcəyi təqdirdə qanun layihəsi ABŞ şirkətlərinin Türkiyəyə təhvil verməyi planlaşdırdığı 5-ci nəsil "F-35"lərin satışına embarqo qoyacaq.
Dəyanət Ağalarlı
Ordu.az