Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, general Manvel Qriqoryanın evində aparılan axtarışların nəticəsi hamını dəhşətə gətirib.
Məlum olduğu kimi axtarışlar zamanı külli miqdarda silah-sursat aşkar edilib.
Məlumatlara görə, Manvel Qriqoryan təhlükəni hiss edərək, axtarışlardan cəmi bir neçə gün öncə böyük yük maşını ilə silah və sursatın böyük hissəsini Hadrutdakı evinə daşıyıb.
Mənbə yarızarafat qeyd edib ki, əgər Manvelin Hadrutdakı evini axtarsalar, bəlkə tank da aşkar edilə bilər.
Ordu.az