Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp bu barədə Milli Kosmos Şurasının iclasında danışıb.
O bildirib ki, Amerikanın kosmosdakı maraqlarının qorunması məqsədilə Kosmos Komandanlığının yaradılmasını tapşırıb. Trampın sözlərinə görə, bu addım təkcə yeni iş yerlərinin yaradılması baxımından deyil, hər mənada Amerikanın maraqlarına xidmət edəcək.
Görüşdə Baş Qərargah rəisi general Cozef Danforda ordunun yeni komandanlığının yaradılması işini öhdəliyinə götürməsini tapşırılıb.
Ağalar Ağalarlı
Ordu.az