Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Xarici İşlər naziri Mayk Pompeo bəyan edib.
“Taliban” qiyamçıları və əfqan əsgərlərinin Ramazanda birlikdə olduqlarını göstərən fotolardan məmnunluğunu ifadə edən Pompeo “Taliban”ı sülh danışıqlarına dəvət edib.
“Prezident Əşrəf Qaninin Əfqanıstan xalqına ünvanladığı bəyanatında qeyd etdiyi kimi zəruri olduğu halda sülh danışıqları beynəlxalq aktorların və qüvvələrin rolunun müzakirəsini də əhatə edə bilər”, - deyə Pompeo əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az