Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.
"Bu gün, 16 iyun saat 06:30 radələrində Ukrayna Milli Qvardiyasının hava nəzarəti qüvvələri Donetsk yaxınlığında yüngül təyyarənin fəaliyyətini aşkarlayaraq havadan müdafiə komandanlığına məlumat verib. Hündür qanadlı tək mühərrikli təyyarə güc tətbiqi ilə yerə endirilib", - deyə məlumatda qeyd olunub.
Təyyarənim göyərtəsində iki nəfər olub. Onlar və təyyarə Milli Polis İdarəsinə təhvil verilib.
Dəyanət Ağalarlı
Ordu.az