Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama İran Müdafiə Naziriliyindən verilib.
Bəyanatda qeyd olunub ki, İsrailin İrana qarşı atdığı addımlar regionda sülhə qarşı ciddi təhdidlər yaradır.
Açıqlamada bildirilib ki, İran bu addımlardan sonra İsraillə danışıqları rədd edir: "Mayın əvvəlləri İsrailin Homsdakı aviabazamıza həyata keçirdiyi raket hücum nəticəsində 7 İran hərbi qulluqçusu həlak olub. Bu hücumdan sonra qarşı tərəflə hər hansısa danışıqların həyata keçirilməsi mümkünsüzdür"
"İsrail İrana müharibədən başqa çıxış yolu vermir. İran ordusu istənilən müharibəyə tam hazır vəziyyətdədir", - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, son dövrlərdə ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaları özünün ən pik səviyyəsinə çatıb. Bir çox siyasi ekspertlər isə bunun İranın Suriyadakı mövqeyini sarsıdacağı düşüncəsindədir.
Dəyanət Ağalarlı
Ordu.az