“90 gündə YPG/PYD Münbicdən çıxacaq” – Binəli Yıldırım

2018/06/324_1529139132.jpg
Oxunub: 3612     17:22     16 İyun 2018    
“90 gün içərisində PKK-nın uzantısı olan PYD, YPG ünsürləri buradan çıxarılacaq. Türkiyənin indakar səyləri nəticəsində bu nöqtəyə çatdıq”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ və Türkiyə arasında razılaşdırılmış Münbic yol xəritəsi ilə bağlı danışan Türkiyənin Baş naziri Binəli Yıldırım səsləndirib.

O, bölgədəki rəhbərliyin yerli rəhbərliyə ötürüləcəyini də vurğulayaraq əlavə edib: “Bu gün Əl Babdayıq, sabah Afrində, digər gün lazım olsa Münbicdə də olarıq. Terrorla mübarizədə Fəratın şərqi və ya qərbi deyə bir şey yoxdu. Təhdid Türkiyəyə, bayrağımıza, ölkəmizə, millətimizə, xalqımıza hardan gəlirsə, gəlsin biz ordayıq”.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   YPG   Terror   Münbic  


Bizi "telegram"da izləyin