Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin ən böyük müdafiə kompaniyası Çin Elektron Texnologiya Korporasiyası bildirib.
Korporasiya 2016-cı ildə alimlərinin 100 kilometr məsafədən kvant radarlarını sınaqdan keçirdiklərini elan edib. Kvant sistem Çin tərəfində xüsusilə ABŞ gizli təyyarələrini izləmək məqsədilə təkmilləşdirilir.
Bu texnologiyanın yeni nəslinin kosmosda ballistik raketləri və çox yüksək hündürlükdən uçan təyyarələri izləyə biləcəyi iddia edilir.
Ağalar Ağalarlı
Ordu.az