Donetskdə ATƏT-in monitoriq dronuna raket atılıb

2018/06/3245_1529136813.jpg
Oxunub: 2913     18:11     16 İyun 2018    
Ukraynanın Donetsk bölgəsi üzərində uçuş həyata keçirən ATƏT-in Xüsusi Monitorinq missiyasının dronuna raket hücumu edilib.

Ordu.az xəbər verir ki, hadisə bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.

“05:06 radələrində Donetskin 23 km şimal-şərqində hökumətin nəzarətində olmayan Betmanov bölgəsində uçuş edən drona ballistik trayektoriyalı raketdən hücum cəhdi olub”, - deyə məlumatda qeyd olunub.

Məluata görə, drona zərər dəyməyib. Daha sonra sonra dron təmas xəttinin iki kilometr Ukrayna tərəfində yer-hava raketinin olduğunu aşkarlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Ukrayna  


Bizi "telegram"da izləyin