Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Petro Paraşenko diplomatik xidmətlə bağlı qanun layihəsinin imzalanma mərasimində çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, hazırda Ukrayna ilə Aİ və NATO arasında getdikcə dərinləşməkdə olan əməkdaşlıq fəaliyyəti mövcuddur.
"Biz bu əməkdaşlığı daha gücləndirərək, Aİ və NATO-nun tam hüquqlu üzvü olmağı planlayırıq. Bunun üçün lazım olan konstitusiya qanun layihəsinin ilkin versiyası da hazırdır", - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az