Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təhvil-təslimlə əlaqədar Texasda formal mərasim təşkil ediləcək.
İki tərəf arasındakı bu əməkdaşlıq ABŞ senatorları və nümayəndələr palatasının üzvləri tərəfindən ciddi etirazla qarşılanıb.
ABŞ parlamentarilərinin Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə sistemləri alması və "S-500"lərin ortaq istehsalı üzərində əməkdaşlıq etmək istəməsindən sonra ABŞ şirkətlərinin Türkiyə ilə əməkdaşlıq etməsini heç də uyğun addım kimi qəbul etmirlər.
Qeyd edək ki, Türkiyə müqaviləyə əsasən şirkətdən 100 ədəd "F-35A" qırıcısı alacaq. Ayın 21-i isə ilk 14 təyyarə Türkiyəyə gətiriləcək.
Dəyanət Ağalarlı
Ordu.az