Ordu.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın istintaq komitəsi tərəfindən yayılıb.
Araşdırma materiallarına görə aşkar edilən mənimsəmə faktı üzrə hərbi hissənin maliyyə xidməti rəisinə qarşı ittiham irəli sürülüb və dəymiş ziyanın tam ödənilməsi təmin edilib.
Məlum olub ki, hərbi hissənin maliyyə xidməti rəisi 2013-2016-cı illər ərzində hərbi hissənin şəxsi heyətinin maliyyə təminatı siyahılarında əlavələr edib, rəsmi sənədləri saxtalaşdırma yolu ilə dövlət fondundan çıxarılmış iri həcmli maddi vəsaiti ümumilikdə 10 milyon 108 min 023 erməni dramını öz hesabına köçürüb.
Cinayət işinin ilkin araşdırma mərhələsində ittiham olunan şəxs dəymiş ziyanı tam şəkildə ödəyib.
Alpər Mövludoğlu
Ordu.az