“Al-Masdar”: Rusiya və İsrail Suriya üzərində razılaşıb

2018/06/678768_1527923400.jpg
Oxunub: 4259     15:06     02 İyun 2018    
Rusiya ilə İsrail Suriya-İsrail sərhədindən İran qüvvələrinin uzaqlaşdırılmasına dair razılıq əldə edib.

Ordu.az “Al-Masdar”a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın BMT yanındakı daimi nümayəndəsi Vasili Nebenzia bəyan edib.

“Mən sazişin artıq praktiki olaraq tətbiq edilib-edilmədiyinə dair dəqiq cavab verə bilmərəm, amma razılaşan tərəflər hər ikisi bundan məmnundur. Əgər hələ də tətbiqə qoyulmayıbsa, yaxın zamanlarda gerçəkləşəcəyindən əmin ola bilərsiniz”, - deyə Nebenzia bildirib.

Nebenzia bu anlaşmanın İsrailin Müdafiə naziri Aviqdor Libermanın Moskvaya səfəri zamanı əldə edilib-edilmədiyini açıqlamayıb.

Nə Suriya, nə də İran hökuməti bu məsələ ilə bağlı hələlik heç bir bəyanat yaymayıblar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-İsrail   Suriya-böhranı  


Bizi "telegram"da izləyin