Mettis səfər öncəsi Çini hədələdi

2018/06/645_1527921744.jpg
Oxunub: 3046     14:38     02 İyun 2018    
Pentaqon rəhbəri Ceyms Mettis tezliklə Çinə rəsmi səfər edəcəyini söz verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mettis bu ayın sonunda qarşı tərəfin rəsmi dəvətini cavabsız qoymayacağını və dialoqu davam etdirəcəyini bildirib.

Mettis həmçinin Çini Cənubi Çin dənizi ilə bağlı beynalxalq normaları pozmaqda günahlandırsa da, ÇXR-nın regionda digər xalqların suverenliyinə hörmət çərşivəsində önəmli rol oynadığını etiraf edib.

Teymur Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   Çin  


Bizi "telegram"da izləyin