Mettis Hindistanın Baş naziri ilə görüşüb

2018/06/54894654_1527916644.jpeg
Oxunub: 2150     13:16     02 İyun 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis təhlükəsizlik forumuna qatılmaq məqsədilə səfər etdiyi Sinqapurda Hindistanın Baş naziri Narendra Modi ilə bir araya gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qapalı qapılar arxasında keçən görüşdə tərəflər ortaq məsələlər və qlobal maraqlara dair təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Son zamanlar yaxınlaşmaqda olan iki ölkənin nümayəndələri arasındakı bu görüş ABŞ-ın ən qədim və geniş hərbi komandanlığı olan Sakit okean komandanlığını Hind-Sakit okean komandanlığı adlandırmasından sonraya təsadüf edir.

Qeyd edək ki, Narendra Modi beş günlük Cənub-Şərqi Asiya turunun sonuncu günündə dünən və bu gün Sinqapurda olacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan   Sinqapur  


Bizi "telegram"da izləyin