Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, memorandum Hindistan Baş naziri Narendra Modinin İndoneziya səfəri zamanı imzalanıb.
Modinin İndoneziya prezidenti Coko Vidodo ilə birlikdə imzaladığı kommunikedə konkret olaraq toxunulmasa da, hərbi əlaqələrin möhkəmləndirilməsinə dair qərarın Çinin Cənubi Çin dənizindəki hərbi genişlənməsindən qaynaqlandığı güman edilir.
Coko Vidodo tərəflər arasındakı partnyorluğun regional stabillik, sülh və çiçəklənməyə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az