Pentaqon mübahisəli “cloud” müqaviləsinə dair təklifi gecikdirir

2018/06/34546_1527865173.jpg
Oxunub: 2789     02:58     02 İyun 2018    
Pentaqon çoxmilyon dollarlıq “cloud” müqaviləsinin son formasının üzərində işləməyə davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Dana Vayt bildirib.

Vayt işlərin davam etdiyini və tezliklə müqavilənin ən son versiyasının hazır olacağına ümid etdiyini qeyd edib.

Jurnalistlər Vaytdan dəqiq vaxt soruşsalar da, o bununla bağlı dəqiq bir zaman deyə bilməyəcəyini əlavə edib. O, iki illik kontraktla bağlı strateji olaraq heç bir dəyişikliyin baş vermədiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin