Pentaqon: ABŞ süni adaları batıra bilər

2018/06/149856_1527601576_1527864754.jpg
Oxunub: 3526     00:51     02 İyun 2018    
Çin və ABŞ ordusu arasında Cənubi Çin dənizində gərginliyin artdığı bir vaxtda Pentaqon rəsmisi ABŞ ordusunun kiçik adaları batırma təcrübələrinin olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Baş Qərargah rəisi general-leytenant Kennez Makkenzi danışıb.

Pentaqonda baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablayan Makkenzi ABŞ-ın süni adaları batırmaq kimi böyük təcrübəsinin olduğunu bildirib.

“Bunu deməliyəm ki, Birləşmiş Ştatlar ordusu Qərbi Sakit okean bölgəsində kiçik adaları batırmaqla bağlı bir çox təcrübəyə malikdir. İkinci Dünya Müharibəsi zamanı belə hallar çox olub və onlar təcrid olunublar”, - deyə Makkenzi vurğulayıb.

O, bununla Çinə hansısa mesaj göndərmək niyyətində olmadığını, sadəcə jurnalistlərin sualına tarixi faktlara söykənərək cavablandırmaq istədiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ-Çin  


Bizi "telegram"da izləyin