Çinin sərhəd qoşunlarının nümayəndə heyəti Hindistana səfər edəcək

2018/06/345345_1527865347.jpg
Oxunub: 3026     02:34     02 İyun 2018    
Çin Xalq Azadlıq Ordusuun qərb hərbi dairəsinin sərhəd qoşunlarının nümayəndə heyəti Hindistana səfər edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin mətbuat katibi Ren Quoqianq bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər səfərin proqramı üzərində birgə işləyirlər. Çin və Hindistan orduları arasında müxtəlif səviyyədə görüş və fikir mübadiləsinin aparılması bu ölkələrin sərhədində vəziyyətə nəzarəti möhkəmləndirəcək.

“Bu ziyarət həm də Çin və Hindistanın sərhəd qoşunları arasında ortaq inamı artırmaqla yanaşı hər iki ölkənin rəhbəri tərəfindən qəbul edilmiş konsensusun praktikada tətbiqinə imkan yaradacaq”, - deyə Ren əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin-Hindistan   Sərhəd-qoşunları  


Bizi "telegram"da izləyin