Ukrayna hərbçiləri təlimlərdə tankı “batırıblar” - VİDEO
Oxunub: 2939
21:48
01 İyun 2018
“Enli lan” poliqonunda keçirilən təlimlərdə, Ukrayna ordusunun tankı çətinliklə rastlaşıb.
Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, tankı sudan çıxartmaq üçün dalğıclara müraciət edilib.
Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, sualtı döyüş vasitələrinin təlimləri çərçivəsində tank vəzifələrinin icrası zamanı qeyri-adi vəziyyət yaranıb. Tank ekipajının özünüidarəetməsi, qabiliyyətli və harmonik hərəkətləri və xilasetməyə mühəndis kadrlarının peşəkarlığı sayəsində tank müvəffəqiyyətlə evakuasiya edilib.
Eyni zamanda, iki zabit öz vəzifələrindən kənarlaşdırılıb.