Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyədə ilk avisiya bölmələri 1911-ci ildə, yəni Rayt qardaşlarının ilk təyyarəni sınaqdan keçirməsindən səkkiz il sonra yaranıb.
17 dekabr 1903-cü ildə Rayt qardaşları ilk dəfə olaraq “Flayer-1” təyyarəsini havaya qaldırdılar.
Hərbi Hava Qüvvələri tarixi boyu Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün: “Gələcək səmadadı. Öz səmasının qoruya bilməyən xalqlar öz gələcəklərinə əmin ola bilməzlər” sitatına əsaslanıblar.
Türkiyə HHQ dünyanın ən yaşlılarındandır.
1911-ci ildə Avropada aviasiyanın hərbi sahədə inkişaf etdiyi bir vaxtda Osmanlının hərb naziri Mahmud Şevkət Paşa Baş qərargahda hərbi aviyasiyanın inkişafı ilə bağlı şöbənin yaradılmasını imzalayıb.
ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Avstriya və Rusiyada da HHQ-lər bu vaxtlarda yaranıb.
1912-ci ildə kapitan Fesa Bəy və leytenant Yusif Kenan Fransanın aviasiya məktəbini bitiriblər. Beləcə, Türkiyə ilk pilotlarını əldə etdi. Həmin ildə Fransaya daha səkkiz zabit göndərilib.
3 iyul tarixində Yaşılköydə (İstanbul) ilk uçuş məktəbi yaradıldı. Bununla da Türkiyədə hərbi avisiya yüksək dərəcədə inkişaf etməyə başladı.
Birinci Dünya müharibəsi zamanı türk aviasiyası bütün cəbhələrdə hərəkətdə idi – Çanaqqaladan Hicaza kimi və Qafqazdan Fəsləstinə qədər.
İlk türk aviasiya konstruktoru Vecihi Hürkuş sayılır. Hürkuş, həmçinin rəqib təyyarəsini – rus aeroplanını (Qafqaz cəbhəsi, payız 1917-ci il) vuran ilk türk pilot kimi tarixə düşüb.
1937-ci ildə Baş Qərargahın tərkibində Türkiyənin il Hərbi hava akademiyası yaradılıb. 1943-cü ildən Türkiyədə ilk aviasiya diviziyaları qurulub.
1952-ci ildə Türkiyə NATO-ya daxil olduqdan sonra Hərbi Hava Qüvvələrinin tərkibində olan pərli təyyarələri ləğv edərək reaktiv təyyarələrə keçdi.
1980-cı ildən Tükiyə bu istiqamətdə modernləşdi.
1952-ci ildə ilk pilot qrupu - “Milli” yaradıldı. Daha sonra Uçan Kuğular, Akrep, Yarasalar, Kartal kimi qruplar Türkiyə səmasını qorumağa başladı.
Teymur Məmmədov
Ordu.az