Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə məşğul olan amerikalı qrup Hindistanın ABŞ-dan çoxməqsədli MQ-1 “Predator” PUA-larını əldə etmək imkanından məhrum edilə biləcəyini açıqlayıb.
Birləşmiş Ştatlarda bildiriblər ki, əgər Hindistan S-400 ZRK-larını Rusiyadan alsa, ABŞ MQ-1 “Predator” PUA-larının Hindistan Silahlı Qüvvələrinə satılmasını yenidən nəzərdən keçirməli olacaq.
Amerikalı ekspertlər, ABŞ-ın MQ-1 “Predator”larında istifadə edilən texnologiyaların Rusiyaya ötürülməsindən qorxduqlarını qeyd edirlər.
Fərid Tağıyev
Ordu.az