Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistandakı Erebuni rus hərbi bazasının 2018-ci il məzunu olan gənc pilotları Mi-24P zərbə və Mi-8MŞT desant-hücum helikopterləri ilə ekstremal yüksək dağ şəraitində uçuş məşqlərinə başlayıblar.
Bildirilir ki, pilotlar, operatorlar və bort texniklərinin tibbi müayinəsindən sonra uçuşa icazə verilib.
Ümumiyyətlə yeni gəlmiş gənc pilotlar ən azı 50 saat uçuş, 20-dən çox sərbəst enmə və qalxma icra etməlidirlər.
İlkin hazırlıqdan sonra pilotlar daha mürəkkəb uçuşlar həyata keçirməyə başlayacaqlar.
Alpər Mövludoğlu
Ordu.az