Sovet İttifaqının dağılmasından sonra, təyyarə daşıyıcılarını kimdənsə qorumağa ehtiyac qalmadı. Lakin, son illərdə Çin və Rusiyanın bu istiamətdə inkişafı, böyük gəmilərin qorumasını yenidən aktual edib.
Hazırda Çində güclü kruiz raketləri və onların tətbiqi üçün təyyarələr yaradılır. Həmçinin illərdir ki, aktiv olmayan Rusiyanın strateji bombardmançıları köhnə marşrutlarına qayıdıblar. Bundan əlavə, Rusiyada ən son kruiz raketləri ilə təchiz edilmiş təyyarələri də var. Bu təyyarələrin bəziləri "büyük hündürlükdə və yüksək sürətlə” uça bilərlər.
Bu inkişafları təsirsiz hala gətirmək üçün ABŞ donanmasına F-14 “Tomcat” qırıcılarının faydalı olacağı düşünülür.
F-14 “Tomcat” qanadının geometriyasını dəyişə bilən, 4-cü nəsil ikiyerli, çoxməqsədli qırıcıdır. 1974-cü ildə qəbul edilmiş və 2006-cı ildə ABŞ Donanmasının arsenalından çıxarılan bu qırıcılar, F/A-18E/F “Super Hornet”lərlə əvəz edilib.
Fərid Tağıyev
Ordu.az