Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.
Ötən ilki açıqlamasında, o, MiQ-35-nin nəzəri olaraq göyərtə təyyarəsi kimi istifadə ediləcəyini bildirmişdi.
Ekspertin sözlərinə görə, MiQ-35-in gəmi versiyasını yaratmaq üçün pul yoxdur. Pul olsa belə, bu məsələ sonda qəbul ediləcək, çünki göyərtə versiyasının inkişafı yeni bir təyyarə daşıyıcısının inşası ilə bağlıdır.
Belə bir gəminin inşa olunacağına Muraxovski şübhə edir. Onun sözlərinə görə, gəminin tikintisi müdafiə büdcəsinin yarısına qədər başa gələ bilər.
MiQ-35 yeni bir təyyarə deyil və o nə qədər yaxşılaşdırılsa da, 5-ci nəslin xüsusiyyətlərinə çata bilməyəcək.
Fərid Tağıyev
Ordu.az