Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi ekspert Vahan Badasyan Ermənistanın Baş Qərargah strukturuna dair müəyyən fikirlər bildirib.
O, Ermənistan BQ rəisi vəzifəsinə Davtyandan başqa namizəd kimi işğal altında olan Qarabağdakı qanunsuz hərbi biləşmənin qərargah rəisi Karen Abrahamyanın və baş hərbi inspeksiyada olan Mikayel Arzumanyanın adlarını çəkib.
Bununla yanaşı, Badasyan sabiq qəraragah rəislərinin heç birinin xüsusi bacarıqları ilə yadda qalmadıqlarını deyib.
"Məsələn 2016-ci il aprel döyüşləri başlayan gecə baş qəraragah rəisi əməliyyat idarəetməsinə rəhbərlik etməli və növbəti gün itirilən mövqeləri qaytarmalı idi. Ancaq bu baş vermədi və itirilən mövqelərin geri qaytarılması üçün heç bir addım da atılmadı. Bizim Xaçaturov kimi cahil və iqtidarsız baş qərargah rəisimiz olub, başqa nə demək olar", - deyə o qeyd edib.
Badasyan, işğal altında olan bölgədə qanunsuz hərbi birləşmələr tərkibində baş verən mənfi hallara da tounub.
"Orduda baş verən mənfi hallara görə heç kim zabit olmaq istəmirdi. Orduda indiyədək ədalətsizlik hökm sürür. Mənfi hallardan biri olaraq, qarşılıqlı münasibət qaydalarının pozulması nəticəsində şərti qaydada mühakimə edilən çox sayda hərbi qulluqçunun orduda xidmətdə olduğunu göstərmək olar", - deyə erməni hərbi ekspert əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az