Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan Vayots Dzor vilayətinin Arpa kəndi istiqamətində Azərbaycanın azad etdiyi yüksəkliklərə münasibət bildirib.
Erməni jurnalistin "Bəs yeni mövqelərin peyda olduğu doğrudur?" sualına Hovhannisyan bu şəkildə cavab verib: "Mən bir söz deyə bilmərəm, Azərbaycan öz tərəfində yeni mövqelər qura bilər. Onların mövqeləri, öz dövlətlərinin sərhədləri daxilindədir".
Qeyd edək ki, ordumuz Naxçıvan istiqamətində Günnüt kəndi istiqamətində yerləşən mövqeləri azad etməklə yanaşı, digər istiqamətdə də (Ermənistanın Vayots Dzor vilayətinin Arpa kəndi istiqamətində) öz mövqelərini möhkəmləndirib. Düşmən Arpa kəndi istiqamətindən məlumatlar yaymaqla, Günnüt kəndi istiqamətindəki məğlubiyyətini gizlətməyə çalışır.
Alpər Mövludoğlu
Ordu.az